fbpx

Bu sizə tanışdır?

Pəncərəni bağlayırsınız – BÜRKÜDÜR

Ağır yatırsınız, daimi yorğunluq hiss edirsiniz və diqqətinizi toplaya bilmirsiniz.

Pəncərəni açırsınız – SOYUQDUR

Xəstələnməkdən qorxursunuz, buna görə də otağın havasını gec – gec və az dəyişirsiniz.

Image

Pəncərəni açırsınız – SƏS – KÜYDÜR

Maşınların uğultusu və küçənin səs – küyü yatmağa və ya işdə fikrinizi toplamağa mane olur.

Pəncərəni açırsınız – TOZDUR

Heç 10 dəqiqə də keçmir ki, pəncərələrin məhəccərləri və digər səthlər toz qatı ilə örtülür.

HƏLL VAR

Təsəvvür edin ki, evdə və ya ofisdə hava təravətli, mühit rahat oldu, səs – küy və bürkü haqqında isə siz həmişəlik unudursunuz. İndi bu mümkündür!

Image

Bu pəncərə filtridir – dəyişdirilə bilən filtrləyici elementli kompakt plastik qurğu. O pəncərənin profilinə quraşdırılır və dərhal işləməyə - havanı təmizləməyə və otaqda hətta pəncərələr qapalı olduqda belə rahat mikroiqlim yaratmağa başlayır. Biz 2014-cü ildən 50 000 yaxın pəncərə filtri quraşdırmışıq. Bir çox müştərilər onları dostlarının və yaxınlarının məsləhəti ilə bizdə sifariş verir.

PƏNCƏRƏ FİLTRLƏRİNİN İŞ PROSESİ VƏ İŞİİNİN NƏTİCƏSİ

Pəncərə filtrlərinin idarə edilməsi.
Havanın daxil olma sürətini necə tənzimləmək olar.

4 – 6 ay istifadə etdikdən sonra filtrləyici elementlər dəyişdirilir .

PƏNCƏRƏ FİLTRLƏRİ HƏYATIN KEYFİYYƏTİNİ YÜKSƏLDİR

Image

Mənzillərdə və evlərdə

Otaqların havasını tam şəkildə dəyişmək üçün pənərələri uzun müddət açıq saxlamaq lazımdır. Lakin bu zaman tozdan, səs – küydən və hava axınından qaçmaq mümkün deyil. Soyuq havalarda isə siz soyuqlamaqla risk edirsiniz. Pəncərə filtrləri bütün problemlərin həlli olacaq – onlar hətta pəncərələr qapalı olduqda belə təmiz havanın daxil olmasını təmin edəcək. Əgər otaqda uşaqlar və ya ev heyvanları varsa, o zaman bu onların təhlükəsizliyini təmin edəcək.

Ofis otaqlarında

İnsanın iş günü ərzində məhsuldarlığı otaqda oksigenin miqdarından birbaşa asılıdır. Əgər təmiz hava çatmırsa, yuxululuq və əzginlik meydana gəlir. Lakin nəfəsliyi açan kimi dərhal kimsə şikayət edir ki, ona külək əsir. Pəncərə filtrləri ofisin mikroiqlimini hər kəs üçün eyni dərəcədə rahat edəcək və kolleqalar arasında mübahisələrə son qoymağa kömək edəcək. Effektiv hava mübadiləsi də xəstələnməyin azalmasına kömək edir, bunun sayəsində əməkdaşlar az hallarda xəstəlik icazəsi alırlar.

Image
Image

Təhsil müəssisələrində

Kabinetlərdəki bürkülü hava şagirdlərin diqqətsizliyinə səbəb olur, bu da davamiyyətə pis təsir göstərir. Lakin pəncərələri açmaq təhlükəlidir, çünki uşaqlar xəstələnə bilərlər. Pəncərə filtlərinin köməyi ilə təmiz hava axını əlavə risk olmadan məşğələlərdə məhsuldar işi təmin edəcək.

ALMAZDAN ƏVVƏL NƏYİ NƏZƏRƏ ALMAQ LAZIMDIR

Filtrləyici elementin ildə 2 – 4 dəfə dəyişidirilməsi

Dəyişdirilmə tezliyi sizin rayonun havasının çirklənmə səviyyəsindən asılıdır. Əgər sizin pəncərələriniz yolun sıx nəqliyyat olan gediş hissəsinə açılırsa və ya siz sənaye rayonunda yaşayırsınızsa, o zaman dəyişdirilmə daha tez – tez tələb oluna bilər. Kartrici dəyişmək müalicə olunmaqdan daha ucuzdur.

Sorucu ventilyasiya zəruridir

Mətbəxdə və ya sanitar qovşağında yerləşən sorucu ventilyasiya pəncərə filtlərinin effektiv işi üçün təbii sorulmanı təmin edir. Sorucu hissəni müntəzəm olaraq təmizləmək zəruridir, çünki orada çirk və bakteriyalar toplanır. Bu işdə sizin Şİ və ya MMC kömək edə bilər.

+10°С və aşağı temperaturda effektivdir.

+10°С yuxarı temperaturda iş daha az nəzərə çarpır, nəinki soyuq vaxtda. Kondisioneri əvəz etmir, yalnız təmizlənmiş təravətli hava cərəyanını həyata  keçirir. Xüsusilə sərin və soyuq iqlimi olan yerlər üçün, həmçinin güclü külək olan rayonlar üçün uyğundur.

Filtlərin sayının hesablanması zəruridir.

Hesablamalara əsasən, hər 10 kvadrat metrə 1 pəncərə filtri zəruridir. Əgər sizin otağınızın sahəsi 15 kv.m-dirsə, o zaman bizim ustamız sizə bir pəncərəyə iki pəncərə filtri quraşdırmağı tövsiyə edəcək, daha çox da quraşdırmaq olar.

TƏKCƏ TƏMİZ HAVA DEYİL

Bizin alıcılarımız pəncərə filtlərinin digər üstünlüklərini də aşkar etmişlər.

Allergiya ilə mübarizə aparır.

Otaqda rütubəti normallaşdırır, çiçək tozcuqlarının və digər allergenlərin otağa düşməsinə yol vermir.

Həşəratlardan xilas edir.

Təmiz havanı buraxır, lakin otağa ağcaqanadların, milçəklərin və digər həşəratların daxil olmasına yol vermir.

Gücü bərpa edir

Bütün gün təmiz hava axını hesabına yuxusuzluqdan və baş ağrılarından azad olmağa kömək edir, bu da bütünlükdə əhvali – ruhiyyədə özünü yaxşı göstərir.

Pəncərələrin xarab olmasının qarşısını alır

Pəncərələrin açılıb – bağlanma sayını azaldır və pəncərə furnituruna çökən və onu korlayan kondensat və tozdan xilas edir.

Bitkilər üçün rahat mühit yaradır

Şitillər və ya otaq çiçəkləri üçün münasib mikroiqlimi təmin edir, bu mühitdə onlar donmur və solmur.

Göbələklərin meydana gəlməsinin qarşısını alır

Pəncərələrdə və divarlarda sağlamlıq üçün təhlükəli olan kifin və göbələyin yaranmasına səbəb ola biləcək həddən artıq rütubəti aradan qaldırır.

Image
Инновационный продукт для дома и офиса

TEZ – TEZ VERİLƏN SUALLAR

Pəncərə filtrləri bütün dünyada patentləşdirilən nadir texniki layihədir. Yalnız pəncərə filtrləri daxil olan havanı təmizləyir və bu zaman çərçivənin konstruksiyasını və ona verilən zəmanəti pozmamaqla səs – küydən və şaxtadan qoruyur, bu da sənədlərlə təsdiq edilir.
Image

TEXNİKİ XARAKTERİSTİKALARI

Nə qədər hava keçirir

10 Pa olduqda 9 m3/ saat (maks. 30 m3/ saat). Keçən havanın miqdarı küçədə və evdə temperaturun enib – qalxmalarından asılıdır. Küçədə nə qədər soyuq olarsa və ya külək nə qədər güclü olarsa, bir o qədər çox hava daxil olur.

Temperatur rejimi

-55°С-dən +60°С qədər temperatur (laboratoriya şərtlərində və Yakutskda təcrübədə, habelə sənədlərə əsasən testdən keçirilmişdir).

Səs izolyasiyası

ГОСТ üzrə quraşdırılmış və xidmət edilən plastik pəncərədən keçən və pəncərə filtrindən keçən küçə səs – küyündə fərq 1 dB təşkil edir və insan qulağı ilə tutula bilmir. 31 – 33 dBa (ГОСТ 12.1.003 əsasən ölçmə).

PƏNCƏRƏ FİLTRİNİ NECƏ SİFARİŞ ETMƏK OLAR

• Bizim olduğumuz şəhərlərdə ölçü və diaqnostika üçün pulsuz olaraq ustaları çağırmaq olar. Mütəxəssis sizin otağınızda pəncərə filtrini quraşdırmağın mümkün olmasını müəyyən edəcək. Əgər mümkündürsə, o zaman sizin istəyinizlə o dərhal quraşdırmanı həyata keçirəcək.

• Əgər sizin şəhərinizdə bizim nümayəndəliyimiz yoxdursa, malı poçtla sifariş edə bilərsiniz, biz isə sizə quraşdırmanı təşkil etməyə kömək edəcəyik. Siz həmçinin məmulatın quraşdırılmasını müstəqil şəkildə yerinə yetirə bilərsiniz, lakin yalnız təlimat və zəruri alətlər olması şərtilə.

• Siz həmçinin saytda onlayn çatda və ya bizim sosial şəbəkələrimizdə sifariş qoya bilərsiniz.

Loading...

Sifariş Formu

Məhsulun üzərində açıb bağlamaq üçün dəstək var

Sifarişiniz ədədlə hesablanır

Məhsulun üzərində açıb bağlamaq üçün dəstək yoxdur.

Sifarişiniz ədədlə hesablanır


Əlaqə vasitəsin zəhmət olmasa qeyd edin

+994 xx xxxxxxx

Emailinizi daxil edin

Yaşadığınız ünvanı daxil edin

Ustaların hansı zaman ərzində məhsulu quraşdırma tarixinin təyin edilməsi üçün

0AZN

Create A product first!

Create a product first please!